
3 qat qatlana bilən Huawei Mate XT Ultimate Design-ın davamçısı hazırlanır
Cihazlar+
07.01.2025
Emil
Huawei keçən ilin sentyabr ayında Huawei Mate XT Ultimate Design adlı ilk 3 qat qatlana bilən smartfonunu təqdim etmişdi. Ortaya çıxmış yeni məlumata əsasən şirkət sözügedən smartfonun davamçısı üzərində artıq aktiv şəkildə çalışır. Məlumatda qeyd edilib ki, Huawei şirkətinin ilk 3 qat qatlana bilən smartfonunun davamçısı sadəcə Huawei Mate XT adını əldə edə və Kirin 9020 adlı prosessor vasitəsilə çalışa bilər.
Qeyd etmək lazımdır ki, bu prosessor qatlana bilən Mate X6 smartfonunda və Mate 70 smartfon seriyasında istifadə edilir. Gözləntilərə əsasən yeni Huawei Mate XT özündə birinci nəsil Mate XT-nin əsas özəlliklərini qoruyub saxlayacaq. Yeni smartfonu da keçən ilki Mate XT Ultimate Design kimi 3 rejimdə istifadə etmək mümkün olacaq. Adi smartfon rejimində, qismən açıq şəkildə böyük ekranlı cihaz rejimində və tam açıq şəkildə planşet rejimində. Qeyd etmək lazımdır ki, son aylar ərzində ortaya çıxmış məlumatlara əsasən 3 qat qatlana bilən smartfon üzərində həmçinin Samsung, Xiaomi və Honor kimi şirkətlər də çalışırlar.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
