
3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası təqdim edilib - QİYMƏTİ
Cihazlar+
18.02.2025
Emil
Huawei şirkəti öz ilk 3 qat qatlana bilən smartfonu olan Mate XT ULTIMATE DESIGN-ı keçən ilin sentyabr ayında Çində təqdim etmişdi. İndi isə sözügedən smartfonun qlobal versiyası təqdim edilib. Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası texniki imkanlar baxımından Çində satılan versiyadan heç də fərqlənmir. Beləliklə Huawei Mate XT ULTIMATE DESIGN smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 3184x2232 piksel keyfiyyətli 10.2 düym ölçülü LTPO OLED ekranla təchiz olunub.

Smartfonun tam qatlanmış vəziyyətində istifadəçi 6.4 düym ölçülü ekranı əldə edir. Smartfonun tam açıq vəziyyətdə qalınlığı 3.6 mm təşkil edir. Onu həm tam şəkildə həm də yarı şəkildə açmaq mümkündür. Smartfonun hansı prosessor vasitəsilə çalışdığı məlum deyil. Lakin çox güman ki, söhbət, Kirin 9010 prosessorundan gedir. Şirkət bildirib ki, Huawei Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası 16 GB RAM və 1 TB daxili yaddaş həcmi ilə təchiz olunub.

Kameralar mövzusunda smartfon 50 MP + 12 MP + 12 MP üçlü arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub və o üstəlik 50 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Qlobal versiya yaxın günlərdə satışa çıxacaq. Onun qiyməti isə 3499 avro təşkil edəcək.
Mənbə: Gadgets360
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
