Logo
    main-post-cover

    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN smartfonunun təmir qiymətləri açıqlanıb

    Cihazlar+
    11.09.2024
    Emil
         Huawei şirkəti dünən Huawei Mate XT ULTIMATE DESIGN adlı 3 qat qatlana bilən smartfonunu təqdim etdi. Təqdimatdan qısa müddət sonra isə şirkət bu qeyri-adi qatlana bilən smartfonun təmiri ilə bağlı qiymətləri açıqlayıb. Təqdim edilmiş qiymətlərdən belə qənaətə gəlmək olar ki, Huawei Mate XT ULTIMATE DESIGN smartfonunu çox ehtiyyatlı şəkildə istifadə etmək lazımdır. Belə ki, onun təmiri heç də ucuz başa gəlməyəcək. Şirkət bildirib ki, bu yeni qatlana bilən smartfonun ən bahalı komponenti ana platadır.
         Smartfonun 512 GB yaddaşa sahib versiyasında zədələnmiş ana platanın yenisi ilə əvəzlənməsi 1278$-a, 1 TB yaddaşa sahib versiyasında isə ana platanın əvəzlənməsi 1503$-a başa gələcək. Smartfonun ekranının əvəzlənməsi 1377$, batareyasının əvəzlənməsi 70$, kamera sahəsini özündə birləşdirən arxa panelin əvəzlənməsi 193$, yerdə qalan iki arxa paneldən hər birinin əvəzlənməsi isə 56$ təşkil edəcək. Kameraların qiymətləri mövzusunda şirkət bildirib ki, Huawei Mate XT ULTIMATE DESIGN-ın əsas arxa kamerasının qiyməti 106$, ultra geniş bucaqlı kamerasının qiyməti 37$, telekamerasının qiyməti 81$, ön kamerasının qiyməti isə 53$ təşkil edir.
    Paylaş