Logo
    main-post-cover

    3 qat qatlana bilən Huawei Mate XT yeni Kirin prosessoru vasitəsilə çalışacaq

    Cihazlar+
    03.09.2024
    Emil
         Huawei dünən 3 qat qatlana bilən smartfonunun təqdimatını anons etdi, bu gün isə onun necə adlanacağını açıqladı. Beləliklə şirkətin 3 qat qatlana bilən smartfonu Huawei Mate XT adlanacaq və o, 10 sentyabr tarixində təqdim olunacaq. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Huawei Mate XT smartfonu şirkətin yeni Kirin prosessoru vasitəsilə çalışacaq. Yəni 10 sentyabr tarixində həmçinin yeni Kirin prosessoru Huawei Mate XT-nin tərkibində təqdim olunacaq. Şirkətin yeni prosessorunun necə adlanacağı barəsində məlumat yoxdur. Lakin güman olunur ki, söhbət, Kirin 9000S və ya Kirin 9010-dan gedir. Gözləntilərə əsasən yeni prosessor Kirin 9000-in davamçısı olacaq. Çox güman ki, o, daha əvvəlki Kirin prosessorlarından yüksək performanslığı ilə fərqlənəcək və üstəlik özündə 5G dəstəyini birləşdirəcək.
    Paylaş