main-post-cover

    4-cü nəsil iPhone SE-nin hansı qiymətə sahib olacağı açıqlanıb

    Cihazlar+
    21.05.2024
    Emil Nəcəfov
         Heç şübhəsiz Apple şirkəti hal-hazırda 4-cü nəsil iPhone SE smartfonu üzərində çalışır. Dünən The Information saytı növbəti iPhone SE modelinin nə zaman təqdim olunacağı barəsində məlumat verdi. The Information-a əsasən 4-cü nəsil iPhone SE modeli 2025-ci ildə təqdim olunacaq. Çox güman ki, smartfonun təqdimatı 2025-ci ilin birinci yarısında baş tutacaq. İndi isə insayderlər 4-cü nəsil iPhone SE-nin hansı qiymətə satılacağını açıqlayıblar. Beləliklə onların vermiş olduqları məlumata əsasən növbəti iPhone SE modelinin qiyməti 500$-dan daha aşağı olacaq.
         Müqayisə üçün qeyd etmək lazımdır ki., hal-hazırda aktual olan iPhone SE (2022) smartfonunun qiyməti 430$-dan start götürür. Heç istisna deyil ki, gələn  il təqdim olunacağı gözlənilən növbəti iPhone SE-nin də qiyməti məhz 430$-dan start götürsün. Son məlumatlara əsasən 4-cü nəsil iPhone SE smartfonu xarici görünüşcə iPhone 14-ə bənzəyəcək və özündə Touch ID əvəzinə Face ID texnologiyasını birləşdirəcək. Bəzi məlumatlara əsasən yeni iPhone SE modeli 6.1 düym ölçülü ekranla təchiz olunacaq və USB-C girişini əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple və OpenAI şirkətləri WWDC 2024 çərçivəsində birgə şəkildə böyük elana hazırlaşırlar
    apple-ve-openai-sirketleri-wwdc-2024-cercivesinde-birge-sekilde-boyuk-elana-hazirlasirlar
    iPhone 16 seriyası üçün iki yeni rəng variantı ortaya çıxıb!
    iphone-16-seriyasi-ucun-iki-yeni-reng-varianti-ortaya-cixib
    İtmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş növbəti Apple AirTag trekeri son hazırlanma mərhələsindədir
    itmis-esyalarin-axtarisi-ucun-nezerde-tutulmus-novbeti-apple-airtag-trekeri-son-hazirlanma-merhelesindedir
    iPhone 16 Plus smartfonu iPhone tarixinin son Plus modeli ola bilər
    iphone-16-plus-smartfonu-iphone-tarixinin-son-plus-modeli-ola-biler
    4-cü nəsil iPhone SE nə zaman təqdim olunacaq?
    4-cu-nesil-iphone-se-ne-zaman-teqdim-olunacaq