Logo
    main-post-cover

    4-cü nəsil iPhone SE nə zaman təqdim olunacaq?

    Cihazlar+
    20.05.2024
    Emil
         Apple şirkətinin 3-cü nəsil iPhone SE-ni təqdim etməsindən demək olar 2 il keçib. Söhbət, iPhone SE (2022)-dən gedir. Apple şirkətinin 4-cü nəsil iPhone SE-ni təqdim etməsi gözlənilsə də bu, 2024-cü ildə baş tutmayacaq. The Information saytının vermiş olduğu məlumata əsasən Apple 4-cü nəsil iPhone SE-ni 2025-ci ildə təqdim etməyi planlaşdırır. Böyük ehtimal ilə bu, gələn ilin yaz fəslində baş tutacaq. Belə ki, Apple adətən iPhone SE smartfonlarının təqdimatlarını məhz yaz fəslində keçirir.
         Son məlumat sızıntılarına əsasən 4-cü nəsil iPhone SE smartfonu xarici görünüşcə iPhone 14-ə bənzəyəcək və özündə Touch ID əvəzinə sonunda Face ID texnologiyasını birləşdirəcək. Bəzi məlumatlara əsasən yeni iPhone SE modeli 6.1 düym ölçülü ekranla təchiz olunacaq və USB-C girişini əldə edəcək. 4-cü nəsil iPhone SE-nin hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan iPhone SE (2022) modelinin qiyməti 430$-dan start götürür.
    Paylaş