Logo
    main-post-cover

    4-cü nəsil iPhone SE-nin CAD render fotoları təqdim edilib

    Cihazlar+
    04.03.2024
    Emil
         Heç şübhəsiz Apple şirkəti hal-hazırda aktiv şəkildə 4-cü nəsil iPhone SE smartfonu üzərində çalışır. İndi isə 91mobiles saytı növbəti iPhone SE-nin CAD render fotolarını təqdim edib. Məlumata əsasən 4-cü nəsil iPhone SE smartfonu yastı gövdəni əldə edəcək və gövdənin ölçüləri 147.7x71.5x7.7 mm təşkil edəcək. Xarici görünüşcə smartfon iPhone 13 iPhone 14-ü xatırladacaq. Məlumatda həmçinin qeyd edilib ki, növbəti iPhone SE 6.1 düym ölçülü ekranı əldə edəcək və ekran üzərində ənənəvi çıxıntı yerləşəcək. Ənənəvi çıxıntı daxilində isə ön kamera ilə Face ID texnologiyası mövcud olacaq. CAD render fotolardan da görmək olar ki, iPhone SE 4 bir ədəd arxa kameranı əldə edəcək. 4-cü nəsil iPhone SE-nin gələn il təqdim olunacağı gözlənilir.
    Paylaş