main-post-cover

    4 nəsil cihazdan sonra Apple Vision Pro ideal formaya sahib ola bilər

    Cihazlar+
    12.02.2024
    Emil Nəcəfov
         Bloomberg saytının insayderi Mark Gurman hal-hazırda satılan Apple Vision Pro qarışıq reallıq cihazı barəsində növbəti məlumatı təqdim edib. İnsayderin təqdim etmiş olduğu məlumat sayəsində məlum olub ki, Apple mühəndisləri Apple Vision Pro-nu ideal hesab etmirlər. Qarışıq reallıq cihazı üzərində çalışmış şirkət əməkdaşlarının fikirlərinə əsasən cihazın gündəlik həyatda istifadə üçün yetəri səviyyədə təkmilləşdirilmiş hesab edilməsi istiqamətində bir xeyli iş görmək lazım gələcək.
         Apple mühəndislərinin proqnozlarına əsasən Vision Pro 4 nəsil cihazdan sonra ideal formaya sahib ola bilər. İdeal forma dedikdə onların nəyi nəzərdə tutduqları tam aydın deyil. Lakin istifadəçilərin rəylərinə əsasən Vision Pro uzunmüddətli istifadə üçün olduqca ağır və böyükdür. Bununla yanaşı onlar cihazın uzun müddət ərzində çalışmamasından və lazımi sayda unikal tətbiqlərə sahib olmamasından şikayətlənirlər. Mark Gurman-ın fikrincə əgər Apple bu problemləri aradan qaldırsa, Vision Pro nəticədə iPad planşetlərini əvəz edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iOS 18 ilə iPadOS 18 visionOS tərzində dizayn əldə edə bilərlər
    ios-18-ile-ipados-18-visionos-terzinde-dizayn-elde-ede-bilerler
    2023-cü ildə ən çox satılmış smartfonların reytinqi təqdim edilib
    2023-cu-ilde-en-cox-satilmis-smartfonlarin-reytinqi-teqdim-edilib
    Növbəti iPhone SE-nin fərqli dizaynda render fotosu təqdim edilib
    novbeti-iphone-se-nin-ferqli-dizaynda-render-fotosu-teqdim-edilib
    iPhone 16 smartfonlarının batareya həcmləri barəsində məlumat verilib
    iphone-16-smartfonlarinin-batareya-hecmleri-baresinde-melumat-verilib
    Apple qatlana bilən qapaqlı iPhone üzərində çalışır
    apple-qatlana-bilen-qapaqli-iphone-uzerinde-calisir