
4K keyfiyyətli BenQ PD3225U monitoru təqdim edilib - QİYMƏTİ
BenQ şirkəti öz yeni monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor BenQ PD3225U adlanır. Şirkətin sözlərinə əsasən sözügedən monitor xüsusi olaraq Apple Mac istifadəçiləri üçün hazırlanıb. Monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 32 düym IPS Black ekranla təchiz olunub. Ekran HDR (HDR10/Display HDR 400) dəstəyinə sahibdir. Bununla yanaşı ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə USB-C, DisplayPort 1.4, HDMI 2.0 girişlərini və səsgücləndiriciləri birləşdirir. Monitorun USB-C girişi 85 vatt çıxış gücünə sahibdir. Bu isə o deməkdir ki, monitordakı USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. BenQ PD3225U artıq satışa çıxıb və 1100$ qiymətində satılır.

Paylaş
Bənzər xəbərlər