main-post-cover

    4K keyfiyyətli Huawei Smart Screen S5 televizoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    09.04.2024
    Farid Pardashunas
         Huawei şirkəti 4K keyfiyyətli böyük ekrana sahib yeni smart televizorunu təqdim edib. Televizor Smart Screen S5 adlanır. Sözügedən yeni televizoru fərqləndirən əsas özəlliklər arasında yüksək təsvir yenilənməsi, veb kamera və demək olar çərçivəsiz ekran var. Huawei Smart Screen S5 üç versiyada təqdim olunub. Birinci versiya 55 düym, ikinci versiya 65 düym, üçüncü versiya isə 75 düym ölçülü ekrana sahibdir. Hər üç versiyada ekran keyfiyyəti 4K, təsvir yenilənməsi isə 144 Hz təşkil edir. Huawei Smart Screen S5 şirkətin fərdi prosessoru vasitəsilə çalışır və özündə 3 GB RAM ilə 64 GB daxili yaddaş həcmini birləşdirir.
         Bu yeni smart televizor özündə Wi-Fi moduluna və USB Type-A 3.0 ilə HDMI 2.1 girişlərinə sahibdir. 75 düym ekrana sahib versiya 4 ədəd səsgücləndirici, digər versiyalar isə 2 ədəd səsgücləndirici ilə təchiz olunublar. Huawei Smart Screen S5 HarmonyOS 4.2 əməliyyat sistemi vasitəsilə çalışır. Televizor artıq Çində satışa çıxıb. 55 düym ekrana sahib versiya 483$-a, 65 düym ekrana sahib versiya 594$-a, 75 düym ekrana sahib versiya isə 801$-a satılır. Huawei Smart Screen S5-in digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Mate 70 smartfon seriyası Android tətbiqlərin dəstəyi imkanından məhrum ola bilər
    huawei-mate-70-smartfon-seriyasi-android-tetbiqlerin-desteyi-imkanindan-mehrum-ola-biler
    Huawei üçlü qatlanma mexanizminə sahib smartfonunu patentləşdirib
    huawei-uclu-qatlanma-mexanizmine-sahib-smartfonunu-patentlesdirib
    Huawei Watch Fit 3 smart qolbağı təqdimata hazırlaşır
    huawei-watch-fit-3-smart-qolbagi-teqdimata-hazirlasir
    Huawei P70 smartfonları Geekbench testlərindən keçiblər
    huawei-p70-smartfonlari-geekbench-testlerinden-kecibler
    Huawei P70 smartfon seriyası yaxın günlərdə təqdim oluna bilər
    huawei-p70-smartfon-seriyasi-yaxin-gunlerde-teqdim-oluna-biler