5000 mAh-lıq batareyaya sahib yeni büdcəli POCO M4 5G təqdim olunub - QİYMƏTİ

5000 mAh-lıq batareyaya sahib yeni büdcəli POCO M4 5G təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
29.04.2022 PAYLAŞIM

    POCO brendi yeni büdcəli POCO M4 5G smartfon modelini təqdim edib. Faktiki olaraq bu smartfon yeni model deyil. O sadəcə olaraq Redmi 10 5G modelinin rebrendinq olunmuş versiyasıdır. Beləliklə POCO M4 5G modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.58 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşir. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı POCO M4 5G-nin gövdəsi IP52 standartı üzrə sudan qorunur və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.


    Əsas texniki göstəricilər baxımından smartfon MediaTek Dimensity 700 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə olaraq smartfon həmçinin 5 vatt gücündə olan ikitərəfli şarj texnologiyasının dəstəyinə də sahibdir. Bunun sayəsində digər aksesuarları sözügedən smartfon vasitəsilə şarj etmək olar. POCO M4 5G modeli MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon Hindistanda satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı barəsində bir məlumat yoxdur. POCO M4 5G-nin Hindistandakı satış qiymətləri isə aşağıdakı kimidir:

- 4 GB RAM + 64 GB yaddaş - 170$

- 6 GB RAM  + 128 GB yaddaş - 196$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...


Apple şirkətinin payız tədbiri: iPhone 14-ün mümkün təqdimat tarixi və digər məl..

iDropnews saytı öz mənbələrinə istinadən iPhone 14-ün təqdimatına dair yeni məlumatları təqdim edib...

×