Logo
    main-post-cover

    520 Hz-lik təsvir yenilənməsinə sahib ViewSonic XG2737 gaming monitoru təqdim edilib

    Cihazlar+
    21.02.2025
    Emil
         ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic XG2737 adlanır. Bu yeni monitor yüksək göstəricidə təsvir yenilənməsinə sahib olması ilə seçilir. Beləliklə sözügedən monitor 520 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 16.7 milyon rəngi əks etdirir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort, USB Type-A girişlərini əldə edib. ViewSonic XG2737-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş