Logo
    main-post-cover

    5G-dən imtina smartfonun enerji səviyyəsinə necə təsir göstərir?

    Cihazlar+
    10.07.2023
    Emil
        İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş Speedtest servisinin tərtibatçıları mobil şəbəkə növünün smartfonun enerjisinə necə təsir göstərməsindən danışıblar. Məlum olub ki, 5G-nin istifadəsindən imtina bəzi hallarda smartfonun daha uzun müddət ərzində çalışmasına imkan verə bilər. Bu məsələdə statistikanın tərtib olunması üçün Speedtest-in sahibi olan Ookla şirkəti bütün dünya üzrə Android smartfonlar barəsində məlumatları yığıb. Tədqiqatda səhərlər 100% enerjiyə sahib olan smartfonlar iştirak ediblər. Axşam saatlarında şirkət məlumatları təkrar yığıb.
        Bununla belə smartfonların hansı rejimdə çalışdıqları da nəzərə alınıb. Məlum olub ki, 5G şəbəkələr smartfonun enerji səviyyəsinə ciddi şəkildə təsir göstərirlər. Məsələn Snapdragon 8 Gen 2 prosessoruna sahib smartfonlar 5G şəbəkəsində çalışma rejimində 6%, Tensor G1 G2 prosessorları vasitəsilə çalışan smartfonlar isə 5G şəbəkəsində çalışma rejimində 11%10% daha çox enerji sərf ediblər. G1 və G2 prosessorları ilə çalışan smartfonlar dedikdə isə Pixel 6Pixel 7 smartfonları nəzərdə tutulur. Smartfonun bir dəfə şarj olunmasından sonra uzun müddət ərzində çalışmasına nail olmaq istəyən istifadəçilərə 5G-dən 4G-yə keçid etmək məsləhət görülüb.
    Paylaş
    Bənzər xəbərlər