5G dəstəkli büdcəli Nokia G50 smartfonu təqdim olunub - QİYMƏTİ

5G dəstəkli büdcəli Nokia G50 smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
22.09.2021 PAYLAŞIM

    Nokia brendi G50 adlı 5G dəstəkli smartfon modelini təqdim edib. Bu smartfon Nokia brendinin 5G dəstəkli ən büdcəli modelidir. Nokia G50 modeli Qualcomm prosessoru, böyük IPS ekran və böyük həcmli batareya əldə edib. Beləliklə smartfon HD+ keyfiyyətli 6.82 düym IPS ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib.


    Əsas texniki özəlliklərə gəldikdə isə Nokia G50 modeli Snapdragon 480 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 48 MP + 5 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (ToF obyektiv) üçlü arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Sözügedən smartfon Full HD keyfiyyətində videolar çəkmə özəlliyinə sahibdir. Bundan əlavə olaraq smartfon gecə çəkilişini və RAW fotoların çəkilişini dəstəkləyir. Nokia G50 modeli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Şirkət bildirib ki, sözügedən smartfon 2 il ərzində Android yenilənməsini və 3 il ərzində hər ay təhlükəsizlik yenilənməsini əldə edəcək. Smartfon 230 avro qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunu..

Google şirkəti rəsmi şəkildə Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib.


OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu t..

Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı y..


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..

×