Reklam
6000 mAh-lıq batareyaya sahib Redmi 10 Power smartfonu təqdim edilib - QİYMƏTİ

6000 mAh-lıq batareyaya sahib Redmi 10 Power smartfonu təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
21.04.2022 PAYLAŞIM

    Redmi brendinin Redmi 10 smartfon seriyasına yeni model əlavə edilib. Söhbət, Redmi 10 Power smartfonundan gedir. Adından da bəlli olduğu kimi sözügedən smartfon öz yüksək həcmli batareyası ilə fərqlənir. Bununla yanaşı o, 8 nüvəli Snapdragon prosessoru və təkmilləşdirilmiş kamera ilə təchiz olunub. Beləliklə Redmi 10 Power smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.71 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfon ekranı Gorilla Glass 3 qoruyucu şüşəsi əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir.


    Əsas texniki göstəricilərə gəldikdə isə Redmi 10 Power Snapdragon 680 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, sözügedən smartfon həmçinin RAM yaddaşının virtual şəkildə artırılması funksiyasını dəstəkləyir. Beləliklə smartfonun RAM yaddaşını 11 GB-a kimi yüksəltmək olar. Smartfonda naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş də reallaşdırılıb. Redmi 10 Power MIUI 13 interfeysli Android 11 vasitəsilə çalışır. Smartfon 195$ qiymətində satışa çıxacaq. Satış tarixi barəsində məlumat isə daha sonra veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×