main-post-cover

    6000 mAh-lıq batareyaya sahib Samsung Galaxy M14 5G təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    09.03.2023
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy M seriyasına daxil olan yeni smartfonunu təqdim edib. Söhbət, Galaxy M14 5G-dən gedir. Təqdim edilmiş yeni Galaxy M14 5G smartfonu xarici görünüşcə Samsung-un flaqman smartfonlarını xatırladır və özündə yüksək təsvir yenilənməsinə sahib böyük ölçülü ekranı, böyük həcmli batareyanı və 5G şəbəkə dəstəyini birləşdirir. Beləliklə Galaxy M14 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib.
        Əsas texiki göstəricilərə gəldikdə isə Galaxy M14 5G Exynos 1330 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OneUI 5.0 interfeysli Android 13 vasitəsilə çalışır. Galaxy M14 5G artıq bəzi regionlarda satışa çıxıb. 64 GB yaddaşa sahib model 225$-a, 128 GB yaaddaşa sahib model isə 244$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər