Logo
    main-post-cover

    6500 mAh-dan böyük batareyaya sahib orta büdcəli Vivo T4 5G smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    22.04.2025
    Emil
         Vivo şirkəti Vivo T4 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Sözügedən smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 7000 mAh-dan böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo T4 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Vivo T4 5G-nin gövdəsi IP65 standartı üzrə tozdan və su damcılarından qorunma özəlliyinə sahibdir və üstəlik MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir.
         Smartfon Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 2 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 7300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo T4 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 258$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş