main-post-cover

    9 flaqman smartfonun çalışma sürətləri müqayisə edilib

    Cihazlar+
    31.07.2024
    Emil Nəcəfov
         İnternetdə 9 flaqman smartfonun çalışma sürəti mövzusunda bir-biriləri ilə müqayisə nəticələri ortaya çıxıb. Müqayisə edilmiş flaqman smartfonlar arasında Apple, Honor, HUAWEI, Meizu, Nubia, OPPO, Samsungvivo şirkətlərinin cihazları yer alıblar. Testin əsas məğzi bütün smartfonlarda 23 ədəd eyni tətbiqin sıra ilə işə salınmasında olub. Bununla belə hər bir smartfonun bu tapşırığın öhdəsindən hansı müddət ərzində gələ biləcəyi qeydə alınıb. Bu prosesin reallaşdırılmasından sonra smartfonlarda eyni proses təkrar edilib. Təkrar proses çərçivəsində smartfonların fon rejimində eyni tətbiqlərin öhdəsindən necə gəldikləri müəyyən edilib. Aparılmış bu test nəticəsində reytinq tərtib edilib. Tərtib edilmiş reytinq aşağıdakı kimidir.
    1. Huawei Pura 70 Ultra
    2. Vivo X100 Ultra
    3. Honor Magic6 Ultimate Edition
    4. Xiaomi 14 Ultra
    5. Apple iPhone 15 Pro Max
    6. Meizu 21 Pro
    7. Nubia Z60 Ultra
    8. OPPO Find X7 Ultra
    9. Samsung Galaxy S24 Ultra.
         Beləliklə Huawei Pura 70 Ultra smartfonu ilk proses çərçivəsində tətbiqləri 86 saniyəyə, ikinci proses çərçivəsində isə 43 saniyəyə işə sala bilib. Reytinqin ikinci yerində qərarlaşmış vivo X100 Ultra smartfonunda bu göstəricilər müvafiq olaraq 99 saniyə və 45 saniyə təşkil edib. Üçüncü yeri tutmuş Honor Magic 6 Ultimate Edition smartfonunda isə bu göstəricilər 104 saniyə və 42 saniyədir. Reytinqdəki digər smartfonların göstəriciləri ilə fotodan tanış olmaq olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, iPhone 15 seriyasını satmaqda çətinlik çəkir!
    apple-iphone-15-seriyasini-satmaqda-cetinlik-cekir
    iPhone 15 Pro seriyası üçün Assassin's Creed Mirage oyunu təqdim edilib!
    iphone-15-pro-seriyasi-ucun-assassins-creed-mirage-oyunu-teqdim-edilib
    Vivo X100 Ultra smartfonu təqdim olunub - QİYMƏTİ
    vivo-x100-ultra-smartfonu-teqdim-olunub-qiymeti
    Samsung Galaxy S24 Ultra ən çox satılan Android smartfon olub!
    samsung-galaxy-s24-ultra-en-cox-satilan-android-smartfon-olub
    Vivo X100s, X100s Pro və X100 Ultra smartfonlarının təqdimatları anons edilib və onların satış qiymətləri məlum olub
    vivo-x100s-x100s-pro-ve-x100-ultra-smartfonlarinin-teqdimatlari-anons-edilib-ve-onlarin-satis-qiymetleri-melum-olub