Logo
    main-post-cover

    9 min dollarlıq OLED “ağıllı çanta”ya pul verərdinizmi?

    Cihazlar+
    09.01.2026
    Sevinc
         Technote.az “Mashable” platformasına istinadən bildirir ki, CES 2026 sərgisində təqdim olunan ən maraqlı və eyni zamanda “lazımsız, amma cəlbedici” yeniliklərdən biri Infinity adlı OLED ekranlı ağıllı əl çantası olub. Fransız dizayner Richard Peuty tərəfindən yaradılan bu lüks çanta, klassik dəb aksesuarını texnologiya ilə birləşdirərək onu parlayan, animasiyalı bir ifadə vasitəsinə çevirir.
         Infinity çantasının ön hissəsinə birbaşa dərinin içinə yerləşdirilmiş OLED ekran inteqrasiya olunub. İlk baxışdan yüksək keyfiyyətli, strukturlaşdırılmış dəri çanta təsiri bağışlayan məhsulda texnologiya dizaynı kölgədə qoymur, əksinə onun bir hissəsinə çevrilir. Ekran şüşə kimi deyil, xüsusi teksturalı qoruyucu qatla örtülüb ki, toxunduqda ekran hissi verməsin.
         Layihənin Kickstarter-də başlanğıc qiyməti təxminən 800  dollar olsa da, ən yüksək səviyyəli Atelier Edition versiyası 9 min dolları ötür. Bu qiymət daha çox funksionallıqdan yox, eksklüzivlikdən xəbər verir. Məhdud sayda istehsal, Fransada əl işi yığım və Avropadan əldə olunan full-grain (tam dənəli) dəri.
         Pevty bu çantanı “tez dəyişilən dəb” anlayışına alternativ kimi təqdim edir. Onun fikrincə, çantanın fiziki forması illərlə eyni qala bilər, dəyişən isə yalnız OLED ekran üzərindən rəqəmsal dizaynlar və animasiyalar olar. Bu da çantanı yenisi ilə əvəz etmədən, zamanla “yeniləməyə” imkan verir.
    Paylaş