main-post-cover

    ABŞ-da Apple Watch Series 9 və Watch Ultra 2 smart saatlarının satışları dayandırılır

    Cihazlar+
    19.12.2023
    Emil Nəcəfov
         Apple şirkəti Watch Series 9Watch Ultra 2 smart saatlarının ABŞ-da satışlarını dayandırdığını elan edib. Şirkət bildirib ki, 21 dekabr tarixindən başlayaraq bu smart saatları Apple rəsmi saytından, 29 dekabr tarixindən başlayaraq isə Apple Store mağazalarından almaq mümkün olmayacaq. Digər ölkələrdə smart saatların satışları olduğu kimi davam edəcək. Məsələ burasındadır ki, bu ilin oktyabr ayında ABŞ Beynəlxalq Ticarət Komissiyası (ITC) bəzi Apple Watch modellərinin ABŞ-a importunu qadağan etmişdi.
         ITC təyin etmişdi ki, Apple şirkəti öz yeni smart saatlarında qandakı oksigen miqdarını ölçən sensor ilə bağlı Masimo adlı şirkətin patentlərini pozub. Nəticədə ITC bu məsələni ABŞ prezidenti administrasiyasına ötürüb. Prezident administrasiyası öz növbəsində ITC-nın qərarına veto tətbiq edə bilər. Bunun üçün prezident administrasiyasının 25 dekabr tarixinə kimi vaxtı var. Bu mövzuda yekun qərarın necə olacağı məlum deyil. Apple şirkəti öz növbəsində ITC-nın qərarı ilə heç razı deyil. Buna görə də şirkət öz smart saatlarını yenidən satmaq imkanını əldə etmək üçün hüquqi və texniki imkanları nəzərdən keçirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder Apple Watch Series 10 smart saatı barəsində məlumatlar verib
    meshur-insayder-apple-watch-series-10-smart-saati-baresinde-melumatlar-verib
    Məşhur insayder Apple AirPods 4 barəsində növbəti məlumatları təqdim edib
    meshur-insayder-apple-airpods-4-baresinde-novbeti-melumatlari-teqdim-edib
    Apple Watch Ultra-nın nə zaman micro-LED ekrana keçid edəcəyi məlum olub
    apple-watch-ultra-nin-ne-zaman-micro-led-ekrana-kecid-edeceyi-melum-olub
    Apple iPhone-lar üçün fərdi Wi-Fi çiplərini hazırlamağa hədəflənib
    apple-iphone-lar-ucun-ferdi-wi-fi-ciplerini-hazirlamaga-hedeflenib
    Yaxın gələcəkdə iPhone 10 qat optik zoom özəlliyini əldə edə bilər
    yaxin-gelecekde-iphone-10-qat-optik-zoom-ozelliyini-elde-ede-biler