
ABŞ-dakı Apple Store mağazalarından birində qeyri-adi oğurluq hadisəsi baş verib
Vaşinqtonda yerləşən Alderwood Mall adlı ticarət mərkəzindəki Apple Store mağazasında keçən həftənin sonunda qeyri-adi oğurluq hadisəsi baş verib. Belə ki, oğrular Apple Store mağazasına ona bitişik olan kafedən daxil olublar. Bunun üçün onlar kafenin ayaqyolu hissəsindəki divarda böyük ölçülü dəlik açıblar. Həmin dəlik vasitəsilə oğrular nəticədə Apple Store mağazasına daxil ola biliblər. Bunun sayəsində oğrular həmçinin Apple şirkətinin təhlükəsizlik sistemindən yan keçə biliblər.
Belə ki, şirkətin təhlükəsizlik sistemi oğruların mağazaya bitişik olan kafenin ayaqyolu hissəsindəki divar dəliyi vasitəsilə daxil ola biləcəkləri ehtimalı üçün nəzərdə tutulmayıb. Məlumata əsasən mağazadan 436 ədəd müxtəlif növ iPhone oğurlanıb. Oğurlanmış iPhone-ların ümumi qiyməti 500 000$ təşkil edir. Bununla yanaşı məlumatda qeyd edilib ki, oğurluq hadisəsi gecə vaxtı baş verib. Hadisə zamanı Apple Store-da heç bir işçi olmayıb. Qeyd etmək lazımdır ki, Apple oğurlanmış iPhone-ların aktivləşdirilməsindən sonra onların izlənməsi üçün texniki imkanlara sahibdir.
Paylaş
Bənzər xəbərlər