Logo
    main-post-cover

    ABŞ-də DJI qadağası bir aydan da az müddətə qüvvəyə minə bilər

    Cihazlar+
    24.11.2025
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ABŞ-də məşhur Çin istehsalı olan DJI dronları və kameralarının qadağan olunmasına bir aydan az vaxt qalıb. Mövcud qaydalara əsasən, şirkətin məhsulları 23 dekabradək milli təhlükəsizlik auditindən keçməsə, avtomatik olaraq ölkə daxilində istifadə və satınalma üçün qadağan ediləcək. Mütəxəssislər bu auditin vaxtında tamamlanmasının çox az ehtimal olunduğunu bildirirlər.
        Donald Trump daha əvvəl TikTok qadağasını bir neçə dəfə təxirə salmışdı, lakin bu dəfə vəziyyət fərqli görünür. Buna səbəb Trump-ın oğlunun ABŞ Müdafiə Nazirliyinə təklif olunan və DJI-yə rəqib olan kiçik ölçülü dron istehsalçılarına maliyyə yatırımları etməsidir. Bu isə dron qadağasının gerçəkləşməsinin siyasi və iqtisadi ehtimalını xeyli artırır.
        ABŞ mediası bu addımın yerli dron istehsalçılarını gücləndirəcəyini, həmçinin Çinə texnoloji asılılığı azaltmağa yönəlmiş daha geniş siyasətin tərkib hissəsi olduğunu vurğulayır.
    Paylaş