Logo
    main-post-cover

    Abxylute M4 test edildi: retro oyun üçün ideal deyil

    Cihazlar+
    26.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, retro oyun həvəskarları üçün Apple-ın 2024-cü ildə App Store-u emulatorlara açması böyük sevinc yaratdı. Ancaq mobil retro oyun təcrübəsini tam mənada rahat edən uyğun kontroller tapmaq hələ də çətindir. Məhz bu boşluğu doldurmaq iddiası ilə bazara çıxan Abxylute M4 mobil kontrolleri ilk baxışdan maraqlı görünür, lakin real istifadədə bir sıra ciddi problemlər ortaya çıxır.
    Abxylute's snap-on controller launches on Kickstarter for $39 in bright  orange with Nintendo Switch support - NotebookCheck.net News
        Abxylute M4 iki hissədən ibarətdir: Bluetooth vasitəsilə telefona qoşulan kvadrat formalı retro dizaynlı gamepad və MagSafe uyğunluğuna malik maqnitli “Q” formalı montaj hissəsi. iPhone və Pixel 10 seriyası ilə birbaşa uyğun gəlir, digər telefonlar üçün isə qutuya yapışdırılan metal halqa əlavə olunur.
        Telefonla montaj arasındakı maqnit əlaqəsi kifayət qədər güclüdür və MagSafe aksesuarları qədər etibarlı hiss yaradır. Lakin əsas problem montaj hissəsi ilə kontrollerin özünün maqnit bağlantısındadır. Müəyyən bucaqlarda və ya təsadüfi toxunuşlarda bu əlaqə asanlıqla qopa bilir. Kontroller tərs çevrildikdə isə telefonun yerə düşməsi riski açıq şəkildə hiss olunur. Bu da min dollarlıq smartfonlar dövründə istifadəçi üçün ciddi risk deməkdir. Dizayn baxımından M4 yalnız landşaft rejimində istifadə oluna bilir. Vertikal oyun sevən, xüsusilə Game Boy nostaljisi yaşayan oyunçular üçün bu, ciddi məhdudiyyətdir. Üstəlik, qurğu cibə sığmayacaq qədər qalın olduğundan gündəlik daşınma üçün də rahat deyil.
    Paylaş
    Bənzər xəbərlər