Logo
    main-post-cover

    Acer MG270U X gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.07.2025
    Emil
         Acer şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer MG270U X adlanır. Beləliklə bu yeni monitor 210 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və NTSC rəng diapazonunun 72%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Acer MG270U X artıq Çində satışa çıxıb və onun qiyməti 118$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş