
Acer Nitro 17 gaming noutbuku təqdim edilib
Acer şirkəti CES 2024 sərgisi çərçivəsində Nitro 17 adlı gaming noutbukunu təqdim edib. Təqdim edilmiş bu yeni gaming noutbukun əsas fərqləndirici özəlliyi klaviaturasında Microsoft-un Copilot adlı süni zəka köməkçisini işə salmaq üçün nəzərdə tutulmuş ayrıca fiziki düymənin olmasıdır. Beləliklə Acer Nitro 17 noutbuku 165 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 17.3 düym IPS ekranla təchiz olunub. Noutbuk 3 versiyada təqdim edilib. Birinci versiya Intel Core i7-14700HX, ikinci versiya Core i7-14650HX, üçüncü versiya isə Core i5-14450HX vasitəsilə çalışır. Hər 3 versiyada videokart modeli eynidir. Söhbət, NVIDIA GeForce RTX 4060-dan gedir. Acer Nitro 17 gaming noutbuku 32 GB-a kimi RAM-a və 2 TB-a kimi SSD-yə sahibdir. Bununla yanaşı noutbuk özündə Wi-Fi 6E və Bluetooth 5.3 texnologiyalarının dəstəklərini birləşdirir. Acer Nitro 17-nin nə zaman və hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.

Paylaş