
Acer Nitro Blaze 8 və Nitro Blaze 11 portativ oyun konsolları təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.01.2025
Emil
Acer şirkəti Nitro Blaze 8 və Nitro Blaze 11 adlı iki portativ oyun konsolunu təqdim edib. İlk öncə Nitro Blaze 8 modelinə nəzər yetirək. Bu model 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560х1600 piksel keyfiyyətli 8.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 97%-ni əhatə edir. Acer Nitro Blaze 8-in çəkisi 750 qram təşkil edir. Bu portativ oyun konsolu AMD Ryzen 7 8840HS prosessoru vasitəsilə çalışır və özündə AMD Radeon 780M qrafik çipini birləşdirir. Bununla yanaşı o özündə LPDDR5X-7500 standartlı 16 GB RAM-ı və 2 TB-lıq SSD-ni birləşdirir. Konsolda microSD girişi mövcuddur.

Acer Nitro Blaze 8-in batareya həcmi 55 vatt-saat təşkil edir və o, 65 vatt gücündə şarj adapterinə sahibdir. Bütün bunlarla yanaşı portativ konsol 2 ədəd səsgücləndirici, 2 ədəd mikrofon və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio giriş ilə təchiz olunub. İndi isə Acer Nitro Blaze 11 modelinə nəzər yetirək. Bu modelin Nitro Blaze 8-dən əsas fərqi ondadır ki, onun gamepad hissələri əsas gövdədən ayrıla bilir. Nitro Blaze 11 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560х1600 piksel keyfiyyətli 10.95 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir.

Konsolun çəkisi 1050 qram təşkil edir. Əsas texniki göstəricilər baxımından Nitro Blaze 11 modeli demək olar Nitro Blaze 8 ilə eynidir. Belə ki, Nitro Blaze 11 də AMD Ryzen 7 8840HS prosessoru vasitəsilə çalışır və özündə AMD Radeon 780M qrafik çipini birləşdirir. O, LPDDR5X-7500 standartlı 16 GB RAM-a və 2 TB-lıq SSD-yə sahibdir. Nitro Blaze 11-in batareya həcmi 55 vatt-saat təşkil edir və o, 100 vatt gücündə şarj adapterini əldə edib. Hər iki konsol bu ilin ikinci rübündə satışa çıxacaq. Nitro Blaze 8-in qiyməti 1000 avrodan, Nitro Blaze 11-in qiyməti isə 1200 avrodan start götürəcək.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
