Logo
    main-post-cover

    Acer Nitro GA341CUR W0 gaming monitoru təqdim edilib

    Cihazlar+
    16.05.2025
    Emil
         Acer şirkəti Nitro GA341CUR W0 adlı yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru gamerlər ilə yanaşı multimedia kontenti yaradıcıları üçün də nəzərdə tutulub. Beləliklə Acer Nitro GA341CUR W0 monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB Type-C, USB 2.0 girişlərini və 5 vatt gücündə iki ədəd səsgücləndiricini əldə edib. Acer Nitro GA341CUR W0-ın nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş