
Acer Nitro XV275UX adlı yeni gaming monitoru təqdim edilib
Acer şirkəti özünün Nitro adlı seriyasının yeni gaming monitorunu təqdim edib. Yeni monitor Acer Nitro XV275UX adını əldə edib. Beləliklə sözügedən monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD (2560x1440) keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və o, sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Bununla yanaşı ekran AMD FreeSync Premium texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, USB-C girişlərini birləşdirir. Bununla yanaşı monitora hər biri 3 vatt gücündə olan 2 ədəd səsgücləndirici quraşdırılıb. Acer Nitro XV275UX monitorunun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
Paylaş