main-post-cover

    Acer Predator Blade Neo gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.04.2024
    Emil Nəcəfov
         Acer şirkəti özünün Predator noutbuk seriyasının yeni gaming modelini təqdim edib. Təqdim edilmiş yeni gaming noutbuk Acer Predator Blade Neo adlanır. Bu yeni gaming noutbuk performanslı texniki imkanları, metal gövdəsi və təkmilləşdirilmiş ekranı ilə seçilir. Beləliklə Acer Predator Blade Neo noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 16 düym ekranla təchiz olunub. Ekran NVIDIA G-SYNC texnologiyasının dəstəyinə sahibdir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk iki versiyada təqdim edilib.
         Birinci versiya Intel Core Ultra 7 155H prosessoru, ikinci versiya isə Core Ultra 5 125H prosessoru vasitəsilə çalışır. Hər iki versiyada NVIDIA GeForce RTX 4060 videokartı quraşdırılıb. Bununla yanaşı noutbuk özündə 16 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. Noutbukun batareya həcmi 76 vatt saat təşkil edir və o, 230 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Acer Predator Blade Neo 8 aprel tarixində Çində satışa çıxacaq. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir. Intel Core Ultra 5 125H prosessoruna sahib versiya 1175$-a, Core Ultra 7 155H prosessoruna sahib versiya isə 1250$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Acer Predator X32Q gaming monitoru təqdim edilib - QİYMƏTİ
    acer-predator-x32q-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Acer Predator XB323QU M3 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    acer-predator-xb323qu-m3-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Acer Predator XB273K V3 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    acer-predator-xb273k-v3-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Acer Predator Tomahawk 18 adlı yeni gaming noutbuk təqdim edilib - QİYMƏTİ
    acer-predator-tomahawk-18-adli-yeni-gaming-noutbuk-teqdim-edilib-qiymeti
    Acer Nitro 17 gaming noutbuku təqdim edilib
    acer-nitro-17-gaming-noutbuku-teqdim-edilib