main-post-cover

    Acer Predator Tomahawk 18 adlı yeni gaming noutbuk təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    31.01.2024
    Emil Nəcəfov
         Acer şirkəti Çində özünün Predator seriyasının yeni yüksək performanslı gaming noutbukunu təqdim edib. Təqdim edilmiş yeni noutbuk Predator Tomahawk 18 adını əldə edib. Bu noutbuk özündə flaqman Intel prosessoru ilə NVIDIA videokartını birləşdirir. Beləliklə Acer Predator Tomahawk 18 gaming noutbuku 250 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 18 düym mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbukun soyutma sistemi qismində beş ədəd istilik borusu və iki ədəd pər çıxış edirlər.
         Noutbuk özündə həmçinin RGB işıqlandırmalı klaviaturanı birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Predator Tomahawk 18 noutbuku 14-cü nəsil Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4090 videokartını birləşdirir. Noutbuk DDR5 standartlı 32 GB RAM-a və 2 TB-lıq SSD-yə sahibdir. Acer Predator Tomahawk 18-i Çində artıq 3662$ qiymətində ön sifariş etmək mümkündür. Onun yaxın zamanda satışa çıxacağı gözlənilir. Noutbukun Çindən kənarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Acer Nitro 17 gaming noutbuku təqdim edilib
    acer-nitro-17-gaming-noutbuku-teqdim-edilib
    Acer Predator Triton Neo 16 adlı yeni gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    acer-predator-triton-neo-16-adli-yeni-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    Acer XV242F adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
    acer-xv242f-adli-yeni-gaming-monitor-teqdim-edilib-qiymeti
    Acer Nitro XV275UX adlı yeni gaming monitoru təqdim edilib
    acer-nitro-xv275ux-adli-yeni-gaming-monitoru-teqdim-edilib
    Acer Predator XB273U V3 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    acer-predator-xb273u-v3-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti