
Acer Predator Tomahawk 9 Neo S gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Acer şirkəti Predator Tomahawk 9 Neo S adlı yeni gaming noutbukunu təqdim edib. Bu yeni gaming noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 16 düym ölçülü OLED ekranla təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbukun gövdə qalınlığı 18.9 mm, çəkisi isə 2.3 kq təşkil edir. Noutbuk Intel Core Ultra 9 275HX prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 5070 videokartını birləşdirir. Bununla yanaşı noutbuk DDR5 standartlı 16/32 GB RAM və 1 TB-lıq SSD ilə təchiz olunub. Cihazın batareya həcmi 76 vatt-saat təşkil edir. Noutbuk özündə Thunderbolt 4, USB Type-C, USB 3.2 Gen 2, microSD girişlərini birləşdirir. Acer Predator Tomahawk 9 Neo S artıq Çində satışa çıxıb və onun qiyməti 1393$-dan start götürür. Noutbukun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş