Logo
    main-post-cover

    Acer Predator X27U X1 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.01.2025
    Emil
         Acer şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer Predator X27U X1 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Monitor həmçinin 5 vatt gücündə səsgücləndiricilər ilə təchiz olunub. Acer Predator X27U X1 artıq Çində satışa çıxıb və onun qiyməti 419$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş