
Acer Predator X32Q gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.03.2024
Emil
Acer şirkəti özünün Predator seriyasının yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Acer Predator X32Q adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 31.5 düym mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Bununla yanaşı ekran 8 bit-lik rəngləri dəstəkləyir. Ekran DCI-P3 və Adobe RGB rəng diapazonlarının 99%-ni əhatə edir. Monitora 3 vatt gücündə səsgücləndiricilər quraşdırılıb. Acer Predator X32Q özündə HDMI 2.1, DisplayPort 1.4, USB-A 3.0 və USB-C girişlərini birləşdirir. Monitorda olan USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Acer Predator X32Q artıq Çində satışa çıxıb və 700$-a satılır. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Acer Predator XB323QU M3 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Acer şirkəti özünün Predator seriyasının yeni gaming monitorunu təqdim edib.

Cihazlar+
Acer Predator XB273K V3 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Acer şirkəti Avropa bazarında özünün Predator seriyasının yeni gaming monitorunu təqdim edib.

Cihazlar+
Acer Predator Tomahawk 18 adlı yeni gaming noutbuk təqdim edilib - QİYMƏTİ
Acer şirkəti Çində özünün Predator seriyasının yeni yüksək performanslı gaming noutbukunu təqdim edib.

Cihazlar+
Acer Nitro 17 gaming noutbuku təqdim edilib
Acer şirkəti CES 2024 sərgisi çərçivəsində Nitro 17 adlı gaming noutbukunu təqdim edib.

Cihazlar+
Acer Predator Triton Neo 16 adlı yeni gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Acer şirkəti Predator Triton Neo 16 adlı yeni gaming noutbukunu təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
