Logo
    main-post-cover

    Acer Predator X39 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    09.08.2024
         Acer böyük ölçülü yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer Predator X39 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 39 düym ölçülü OLED ekranla təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir və onun istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.01 millisaniyə təşkil edir. Ekran həmçinin AMD FreeSync Premium Pro texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Acer Predator X39 artıq satışa çıxıb və onun Avropada qiyməti 1599 avro təşkil edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Acer Predator X39 gaming monitoru təqdim edilib - QİYMƏTİ | Technote