
Acer Predator X49 V gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
13.09.2024
Emil
Acer şirkəti özünün Predator brendi altında yeni böyük ölçülü gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer Predator X49 V adlanır. Beləliklə bu yeni gaming monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 48.9 düym ölçülü Samsung QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir.
Ekran həmçinin AMD FreeSync Premium və HDR10 dəstəyinə sahibdir. Monitor özündə 5 vatt gücündə iki ədəd səsgücləndiricini, HDMI 2.1, DisplayPort 1.4, USB Type-C, USB Type-A, USB Type-B girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Monitorda olan USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Acer Predator X49 V-nin nə zaman satışa çıxacağı məlum olmasa da, qeyd edilib ki, onun satış qiyməti 1600$ təşkil edəcək.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
