
Acer Predator X49 X gaming monitoru təqdim edilib
Cihazlar+
03.04.2024
Emil
Acer şirkəti özünün Predator seriyasının yeni gaming monitorunu təqdim edib. Yeni monitor Acer Predator X49 X adlanır. Beləliklə bu yeni gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 49 düym OLED ekranla təchiz olunub. Ekranın SDR rejimdə parlaqlıq səviyyəsi 250 nit, HDR rejimdə isə 1000 nit təşkil edir. Ekran üstəlik AMD FreeSync Premium texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə 5 vatt gücündə səsgücləndiriciləri, HDMI 2.1,USB Type-A, USB Type-B və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Acer Predator X49 X-in nə zaman və hansı qiymətə satışa çıxacağı daha sonra elan ediləcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
