Logo
    main-post-cover

    Acer Predator XB273K V3 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.02.2024
    Emil
         Acer şirkəti Avropa bazarında özünün Predator seriyasının yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Acer Predator XB273K V3 adlanır. Sözügedən monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, VESA DisplayHDR 600 sertifikatına sahibdir. Bununla yanaşı ekran AMD FreeSync NVIDIA G-Sync texnologiyalarını dəstəkləyir. Monitor özündə HDMI 2.1 DisplayPort 1.4 girişlərini və o cümlədən 2 vatt gücündə səsgücləndiriciləri birləşdirir. Acer Predator XB273K V3 artıq satışa çıxıb və 500 avroya satılır.
    Paylaş