Logo
    main-post-cover

    Acer Predator XB273U X1 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.06.2025
    Emil
         Acer şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer Predator XB273U X1 adlanır. Beləliklə bu yeni monitor 200 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.0 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 2 ədəd səsgücləndiricini əldə edib. Acer Predator XB273U X1 artıq Çində satışa çıxıb və onun qiyməti 180$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş