
Acer Predator XB323QU M3 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
28.02.2024
Emil
Acer şirkəti özünün Predator seriyasının yeni gaming monitorunu təqdim edib. Söhbət, Acer Predator XB323QU M3 adlı monitordan gedir. Beləliklə bu yeni gaming monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 31.5 düym Fast IPS ekranla təchiz olunub. Lakin HDMI istifadəsi zamanı ekranın təsvir yenilənməsi 144 Hz-ə düşür. Ekranın parlaqlıq səviyyəsi 250 nit təşkil edir və o, AMD FreeSync Premium texnologiyasının dəstəyinə sahibdir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.2 girişlərini, o cümlədən naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Acer Predator XB323QU M3 artıq Çin bazarında 278$ qiymətində satışa çıxıb. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
