Logo
    main-post-cover

    Acer Shadow Knight VG240YU gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.07.2024
    Emil
         Acer öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer Shadow Knight VG240YU adlanır. Beləliklə bu yeni gaming monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 23.8 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Ekran üstəlik HDR10 AMD Free-Sync dəstəyinə sahibdir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Acer Shadow Knight VG240YU artıq Çində 151$ qiymətində satışa çıxıb. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş