Logo
    main-post-cover

    Adi Galaxy S25 modeli Exynos 2500 prosessorunu əldə edə bilər

    Cihazlar+
    12.09.2024
    Emil
         Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim olunacaq bütün Galaxy S25 smartfonlarında yalnız Snapdragon 8 Gen 4 prosessorunu istifadə etməyi planlaşdırır. Lakin təqdim edilmiş yeni məlumata əsasən adi Galaxy S25 modeli Exynos 2500 prosessorunu əldə edə bilər. İnsayderlər tərəfindən təqdim edilmiş screenshot fotoda Samsung-un s5e9955 model nömrəli prosessoruna sahib cihazı əks olunub. Bu model nömrə isə öz növbəsində Exynos 2500 prosessoruna məxsusdur.
         Bununla yanaşı screenshot fotoda əks olunmuş məlumata əsasən cihaz 14 GB RAM-a və 3200x1440 piksel keyfiyyətli ekrana sahibdir. Güman etmək olar ki, söhbət, məhz adi Galaxy S25-dən gedir. Digər tərəfdən Android Authority saytının əməkdaşları fikir veriblər ki, screenshot fotoda ERD (Exynos Reference Design) termini əks olunub. Bu isə cihazın sadəcə olaraq Exynos 2500 prosessorunun testi üçün nəzərdə tutulduğu mənasını verə bilər. Bu halda adi Galaxy S25 modelinin Snapdragon 8 Gen 4 prosessorunu əldə etmə şansı var.
    Paylaş