Adi iPhone 14 ilə iPhone 14 Pro ekranları tamamilə fərqlənəcəklər

Adi iPhone 14 ilə iPhone 14 Pro ekranları tamamilə fərqlənəcəklər

Mobil Cihazlar
02.08.2022 PAYLAŞIM

    Daimi şəkildə ortaya çıxan yeni məlumatlar adi iPhone 14 modelləri ilə iPhone 14 Pro modelləri arasında daha böyük fərqin olacağına işarə edirlər. Verilmiş son məlumatlara əsasən iPhone 14 Pro modelləri böyük ölçülü ekranlarla yanaşı həmçinin daha yüksək keyfiyyətli ekran matrisalarını əldə edəcəklər. The Elec saytının verdiyi xəbərə əsasən Samsung Display şirkəti adi iPhone 14 və iPhone 14 Pro modellərinin ekranlarının istehsalında müxtəlif keyfiyyət səviyyəsinə sahib materiallardan istifadə edəcək. Belə ki, iPhone 14 Pro modellərində qırmızı, yaşıl və göy piksellərin formalaşmaları üçün ən yeni və aparıcı materiallardan istifadə ediləcək.

    Məlumdur ki, sözügedən materiallardan ibarət qrup M12 kod adına sahibdir. Bu halda 6.1 düym ekrana shaib adi iPhone 14 və 6.7 düym ekrana sahib iPhone 14 Max modellərinin ekranlarının istehsalında M11 kod adına sahib materiallardan istifadə ediləcək. iPhone 14 Pro modellərinin yeni növ piksellər hesabına hansı üstünlükləri əldə edəcəkləri bilinmr. Sadəcə olaraq güman etmək olar ki, iPhone 14 Pro smartfonlarının ekranları daha parlaq olacaqlar, daha çox rəng çalarını əks etdirəcəklər və daha uzun müddət ərzində çalışa biləcəklər.


    Onu da qeyd etmək lazımdır ki, son zamanlarda ortaya çıxmış məlumata əsasən iPhone 14 Pro və iPhone 14 Pro Max smartfonlarının ekranları təsvirin 1 Hz-dən 120 Hz-ə kimi dinamik yenilənməsini əldə edəcəklər. Bu isə o deməkdir ki, həmin smartfonlar Always on Display funksiyasının dəstəyinə sahib olacaqlar. Güman edilir ki, bu il A16 Bionic prosessorunu yalnız iPhone 14 Pro modelləri əldə edəcəklər. iPhone 14 və iPhone 14 Max isə keçən ilki A15 Bionic prosessoru ilə təchiz olunacaqlar. Heç istisna deyil ki, adi iPhone 14 modelləri A15 Bionic-in bir qədər təkmilləşdirilmiş versiyasını əldə etsinlər. iPhone 14 smartfon seriyasının təqdimatı gələn ay baş tutmalıdır.



DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×