
Adi iPhone 17-nin mümkün prosessor modeli açıqlanıb
Cihazlar+
16.07.2025
Emil
iPhone 17 ilə bağlı yeni texniki xüsusiyyətlərə dair şayiələr yayılıb. Apple bu smartfonu artıq bu payızda təqdim etməlidir. GF Securities analitiki Jeff Pu öz proqnozlarını yeniləyib və indi iddia edir ki, cihazda A18 yox, daha müasir Apple A19 prosessoru olacaq. Bu prosessor həmçinin iPhone 17 Air modelində də quraşdırılacaq. Əvvəllər güman edilirdi ki, Apple yeni modeldə iPhone 16-da istifadə olunan A18 prosessorunu saxlayacaq. Lakin yeni A19 prosessoru daha yüksək məhsuldarlıq və enerji səmərəliliyi vəd edir ki, bu da xüsusilə mürəkkəb tətbiqlər, oyunlar və süni zəka ilə işləyərkən önəmlidir. iPhone 17-nin baza modeli və iPhone 17 Air LPDDR5 standartlı 8 GB RAM ilə təchiz ediləcək.

Daha güclü versiyalar olacaq iPhone 17 Pro və Pro Max isə daha böyük və daha sürətli - LPDDR5X standartlı 12 GB RAM-a malik olacaqlar. Daha bir vacib yenilik o olacaq, Apple özünün istehsal etdiyi Wi-Fi 7 çipindən istifadə edəcək. Bu texnologiya daha sürətli və stabil naqilsiz bağlantı təmin edəcək ki, bu da xüsusilə streaming, oyunlar və bulud servisləri ilə işləmək üçün böyük üstünlük sayılır. iPhone 17-nin baza modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.3 düym ölçülü OLED ekranla təchiz ediləcək. Lakin Pro modellərdən fərqli olaraq bu ekran LTPO (ProMotion) texnologiyasını dəstəkləməyəcək - bu texnologiya ekranın yenilənmə tezliyini dinamik şəkildə dəyişməyə və beləliklə batareya enerjisinə qənaət etməyə imkan verir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
