Logo
    main-post-cover

    Ağıllı ev üçün yeni dövr: Emerson SmartVoice internetə ehtiyac duymur

    Cihazlar+
    06.01.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Emerson Electric brendi altında təqdim edilən yeni SmartVoice cihazları ağıllı ev texnologiyalarına fərqli yanaşma gətirir. Bu məhsullar Wi-Fi, mobil tətbiq və ya əlavə hub olmadan, birbaşa səsli əmrlərlə idarə olunur.
    Amazon.com: Emerson SmartVoice 10QT 6-in-1 Air Fryer, 1000+ Voice Control  Commands, 100+ Recognized Food, No APP, No WIFI, No Setup, Nonstick Basket,  Air Fry, Bake, Reheat, Dehydrate, 1700W : Home & Kitchen
        IAI Smart tərəfindən hazırlanan və Emerson Smart məhsulları kimi satışa çıxarılan bu cihazlar daxili mikrofonlar vasitəsilə aktivləşir və əvvəlcədən təyin olunmuş oyandırma sözlərinə cavab verir. Əksər modellərdə istifadəçiyə səsli cavab verən daxili dinamik də mövcuddur. Şirkətin baş direktoru Jason Jiang bu yanaşmanı belə izah edir: məqsəd ağıllı ev texnologiyalarını hamı üçün daha sadə və əlçatan etməkdir. Bütün əmrlərin cihaz üzərində emal olunması isə şəxsi məlumatların evdən kənara çıxmasının qarşısını alır.

        SmartVoice seriyasına daxil olan ilk məhsullar:

        SmartVoice Tower Fanlar 29 düym (89.99 $), 40 düym (99.99 $) və 42 düym (119.99 $) ölçülərdə təqdim olunur. 3 sürət rejimi, 15 saatlıq yuxu taymeri, LED toxunma ekranı, 40-dan çox səsli əmr və aromaterapiya üçün qoxu diffuzoru mövcuddur.
        SmartVoice Fan-Heater modelləri 25 düym (129.99 $) və 32 düym (169.99 $). 1500 vatt gücündə istilik, aşmaya qarşı qoruma, avtomatik sönmə və 40-dan çox səsli əmr dəstəyi təqdim edir.
        SmartVoice Air Fryer modelləri 5.3 litr (129.99 $) və 10 litr (169.99 $). 1000-dən çox səsli əmr və 100-dən çox bişirmə proqramı ilə istifadəçi “pizzanı qızdır” kimi sadə komandalarla cihazı idarə edə bilir.
        SmartVoice məhsulları artıq Best Buy, Walmart, Amazon və rəsmi Emerson SmartVoice saytı üzərindən satışdadır.
    Paylaş
    Bənzər xəbərlər