Logo
    main-post-cover

    AI çip tələbatı Samsung-a rekord qazanc gətirir

    Cihazlar+
    06.07.2026
    Sevinj
        Cənubi Koreyanın Samsung Electronics şirkətinin 2026-cı ilin ikinci rübü üzrə rekord maliyyə nəticələri açıqlaması gözlənilir. Analitiklərin proqnozuna görə, şirkətin əməliyyat mənfəəti təxminən 86 trilyon vona (təxminən 56 milyard dollar) çatacaq. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 18 dəfə artım deməkdir. Ötən ilin ikinci rübündə Samsung cəmi 4,6 trilyon von əməliyyat mənfəəti əldə etmişdi. Hazırkı sıçrayışın əsas səbəbi isə süni intellekt sistemlərində istifadə olunan yaddaş çiplərinə tələbatın kəskin artmasıdır.
    Samsung sells stakes in four companies - BBC News
        Xüsusilə DRAM və NAND yaddaş çiplərinin qiymətləri son aylarda əhəmiyyətli dərəcədə yüksəlib. Məlumatlara görə, ikinci rübdə DRAM müqavilə qiymətləri 44 %, NAND qiymətləri isə 53 % artıb. Süni intellekt mərkəzlərinin və server infrastrukturunun sürətlə genişlənməsi bazarda çip çatışmazlığı yaradıb və bu da qiymətlərin rekord həddə yüksəlməsinə səbəb olub. Samsung hazırda dünyanın ən böyük texnologiya şirkətlərindən bir neçəsinə, o cümlədən Nvidia, Google və Apple üçün yaddaş çipləri tədarük edir. Bu səbəbdən şirkət süni intellekt infrastrukturunun əsas oyunçularından birinə çevrilib.
        Bununla yanaşı, Samsung yüksək sürətli HBM (High Bandwidth Memory) seqmentində əsas rəqibi olan SK Hynix ilə rəqabəti davam etdirir. SK Hynix son nəsil HBM yaddaş çiplərində bazar liderliyini qoruyur və Nvidia ilə uzunmüddətli təchizat müqaviləsi imzalayıb. Samsung yaxın günlərdə ilkin maliyyə göstəricilərini açıqlayacaq. Tam maliyyə hesabatı isə ayın sonuna doğru dərc ediləcək və şirkətin rekord gəlirinin hansı bölmələrdən formalaşdığı daha dəqiq məlum olacaq.
    Paylaş