AI "notetaking" cihazları yüksəlişə keçib
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, o nlayn görüşlər üçün Read AI, Fireflies.ai, Fathom və Granola kimi rəqəmsal notetaker-lər geniş yayılıb. Ancaq üzbəüz görüşlər, müsahibələr və daha çevik istifadə üçün bir çox istifadəçi fiziki AI notetaking cihazlarına üstünlük verir. Bu cihazlar səsi yazır, daha sonra AI vasitəsilə transkripsiya edir, iclas xülasəsi, tapşırıq siyahısı və əsas məqamları avtomatik çıxarır. Bəziləri geyilə bilən formadadır (pin və ya boyunbağı), digərləri isə kredit kartı ölçüsündə olub mobil tətbiqlərlə işləyir. Hətta real vaxtda tərcümə edən modellər də var.
Ən diqqətçəkən AI notetaker cihazlar:
- Plaud Note / Note Pro 2023-dən bazardadır. Note Pro modeli ekran, 4 mikrofon və 3–5 metr yazma məsafəsi təqdim edir. Qiymət: $ 159 / $ 179. Ayda 300 dəqiqə pulsuz transkripsiya daxildir.
- Mobvi TicNote 25 saat fasiləsiz yazma, 120-dən çox dildə real vaxt transkripsiya və tərcümə. Qiymət: $ 159, 600 dəqiqə pulsuz limit.
- Comulytic Note Pro Əsas üstünlüyü: abunə olmadan limitsiz transkripsiya. 45 saat yazma, 100+ gün standby. Qiymət: $ 159. Advanced plan: $ 15/ay.
- Plaud NotePin / NotePin S Geyilə bilən dizayn: qolbaq, boyunbağı, maqnitli klips. 20 saat yazma. Qiymət: $ 159 / $ 179.
- Omi Pendant Daha ucuz alternativ: $ 89. Telefona bağlı işləyir, daxili yaddaşı yoxdur. Open-source ekosistemə malikdir.
- Viaim Earbuds Zənglər zamanı transkripsiya, 78 dildə real vaxt dəstək. Qiymət: $ 200.
- Anker Soundcore Work Pin. 8 saat təkbaşına, 32 saat case ilə işləyir. Qiymət: $ 159, ayda 300 dəqiqə pulsuz.
Paylaş