
AirPods-lar nitqin sinxron tərcüməsi imkanını əldə edəcəklər
Cihazlar+
14.03.2025
Emil
Bloomberg-in nüfuzlu insayderi Mark Gurman, AirPods istifadəçilərini sevindirəcək maraqlı bir xəbər paylaşıb. Apple, AirPods qulaqlıqları üçün elan olunmamış sinxron nitq tərcüməsi funksiyası üzərində aktiv çalışır. Gurman-ın məlumatına görə, bu funksiya iOS 19 yeniləməsinin bir hissəsi olacaq və onun istifadəsi üçün yeni qulaqlıqlar almaq tələb olunmayacaq. Bu texnologiya belə işləyəcək: AirPods istifadəçisinə yad dildə müraciət edildikdə, o, qulaqlığında həmin nitqin tərcüməsini eşidəcək.

İstifadəçi öz ana dilində cavab verə biləcək və iPhone onun cavabını avtomatik olaraq qarşı tərəfin dilinə çevirərək səsləndirəcək. Bu texnologiya artıq bəzi naqilsiz qulaqlıqlarda, məsələn, Google Pixel Buds-da tətbiq olunur, lakin Apple üçün bu, ilk təcrübə olacaq. Hələlik AirPods-un sinxron tərcümə funksiyasının hansı dilləri dəstəkləyəcəyi bilinmir. Gözlənilir ki, iOS 19 yeniləməsi iyun ayında Worldwide Developers Conference (WWDC) tədbirində təqdim ediləcək və ilin sonuna qədər yayımlanacaq.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Apple servislərində backdoor-un yerləşdirilməsi mövzusunda Böyük Britaniya və ABŞ rəsmiləri danışıqlar aparıblar
Böyük Britaniya və ABŞ rəsmiləri, Böyük Britaniyanın istifadəçilərə məxsus şifrələnmiş məlumatlara giriş əldə etmək üçün Apple servislərində backdoor yaratmaq niyyətində olduğu ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün danışıqlar aparıblar.

Proqram Təminatı
Apple və Google mobil brauzerlərin inkişaflarına mane olurlar
Böyük Britaniyanın mobil brauzer bazarı istehlakçılar və biznes üçün effektiv işləmir - belə nəticəyə Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) gəlib. CMA-nın araşdırmasına görə, bu problemin əsas səbəbkarları Apple və Google-dur.

Proqram Təminatı
Apple bu il öz əməliyyat sistemlərində irimiqyaslı dizayn dəyişikliyini reallaşdıracaq
Apple tarixində ən böyük proqram təminatı yeniləmələrindən birini hazırlayır. Bu addım iPhone, iPad və Mac interfeysini yeni nəsil istifadəçilər üçün dəyişdirməyə yönəlib. Bloomberg-in etibarlı mənbələrinə istinadən verdiyi məlumata görə, Apple ilin sonunda böyük bir yeniləmə təqdim edəcək.

Cihazlar+
Apple ağıllı eynək hazırlamaq cəhdindən imtina etməyib
Bloomberg-in məlumatına görə, Apple-ın menecerləri və tərtibatçıları hələ də Meta Ray-Ban ağıllı eynəklərinə bənzər bir cihaz hazırlamaq imkanını müzakirə edirlər.

Tech-Biznes
Avropa Birliyi, Apple ilə Meta-nı cərimələməyə hazırlaşır
Avropa Komissiyası yaxın zamanda Apple və Meta Platforms-a cərimə təyin edəcək. Bu, şirkətlərin Avropa Birliyinin Rəqəmsal Bazarlar Qanununu (DMA) pozması ilə bağlıdır. 2023-cü ildə Avropa Komissiyası Apple, Meta və Google-a qarşı potensial DMA pozuntuları ilə bağlı araşdırma başlatmışdı.
Ən çox oxunanlar

OpenAI CEO-su proqramlaşdırma əvəzinə süni zəka alətlərindən istifadəni öyrənməyi məsləhət görüb
