Logo
    main-post-cover

    AirPods Pro 3 ətraf səs-küyün boğulması sisteminin təkmilləşdirilmiş versiyasını əldə edə bilər

    Cihazlar+
    29.08.2024
    Emil
         İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti 3-cü nəsil AirPods Pro üzərində çalışır. Bu yeni naqilsiz qulaqlıq artıq yaxın zamanda təqdim oluna bilər. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən 3-cü nəsil AirPods Pro ətraf səs-küyün boğulması sisteminin təkmilləşdirilmiş versiyasını əldə edəcək. Bu sistemin təkmilləşdirilmiş versiyasının adi versiyadan nə ilə fərqlənəcəyi bilinmir.
         Ola bilər ki, AirPods Pro 3 daha gur səsləri boğa bilsin. Lakin bu mövzuda ətraflı bir məlumat hələ yoxdur. AirPods Pro 3 barəsində insayderlər digər bir məlumatı təqdim etməyiblər. Qeyd etmək lazımdır ki, Apple şirkəti öz yeni məhsullarını 9 sentyabr tarixində təqdim edəcək. Həmin tarixdə iPhone 16 smartfon seriyası ilə yanaşı yeni Apple Watch smart saatlarının və AirPods 4 naqilsiz qulaqlığının təqdimatı da gözlənilir. Ola bilsin ki, şirkət AirPods Pro 3-ü də məhz 9 sentyabr tarixində təqdim etsin.
    Paylaş