Logo
    main-post-cover

    AirPods Pro 3 kontakt.az-da: səs, səsboğuculuq və rahatlıq

    Cihazlar+
    29.12.2025
    Sevinc
        Əgər sizdə ən keyfiyyətli simsiz qulaqcıq seçmək niyyətindəsinizsə, deməli, airpods pro 3 modeli artıq sizin diqqətinizi cəlb etməlidir. 
         Airpods pro 3 həm texniki göstəriciləri, həm də rahatlığı ilə artıq texnologiya dünyasında səs yaradıb. Bu model yalnız musiqi dinləməyi deyil, həm də bütün dünyanı aydın şəkildə eşitməyi təklif edir. Üstəlik, kontakt.az sənə bu mükəmməl məhsulu əldə etmək üçün ən sərfəli şərtlər təqdim edir. 
    Gəlin, birlikdə, airpods pro3 modeli hansı performansı təklif etdiyini dəqiqliklə araşdıraq.
    AirPods Pro 3 icmalı: onu fərqləndirən nədir?
    Apple airpods pro 3 modeli hazırda bazarda mövcud olan ən yüksək səviyyəli TWS (tam simsiz) qulaqlıq modelidir. Cihazın performansı cəldlik, stabil bağlantı, yüksək enerji davamlılığı və səsin dəqiqliyi ilə seçilir. O, əvvəlki nəsillə müqayisədə səs keyfiyyəti və batareya ömrü baxımından ciddi şəkildə fərqlənir.
    • Əsas xüsusiyyətlər arasında təkmilləşdirilmiş ANC (aktiv səs-küyün ləğvi), spatial audio ilə üçölçülü audio təcrübə və transparency mode  funksiya indi daha dəqiq və stabil işləyir. 
    Həmçinin yeni H3 çipseti, Bluetooth 5.4 bağlantısı və MagSafe case ilə sürətli doldurma bu modelin texnoloji üstünlüklərini vurğulayır. 6 saata qədər qulaqlıq istifadəsi, 24 saata qədər ümumi batareya ömrü.
    • AirPods Pro 3-də SBC və AAC codec istifadə edərək yüksək keyfiyyətli səsin dadını çıxara bilərsiniz.
    • Qulaqlıqlarınızın toza qarşı və suyadavamlı olması onları idman zamanı və səyahətlərdə ideal edir.
     
    Dizayn və rahatlıq: erqonomika və təhlükəsizlik
    Qulaqcığın rahatlığı onun səs keyfiyyəti qədər vacibdir. Apple bu dəfə dizaynı yenidən düşünərək AirPods Pro 3 modelində həm funksionallığı, həm də estetikanı qoruyub.

    Forması və erqonomikası

    • Airpods pro 3 içlik qulaqlıq növünə malikdir. Silikon ucluqlar müxtəlif ölçülərdə təqdim olunur, qulağa daha yaxşı oturur və uzunmüddətli istifadə zamanı narahatlıq yaratmır. 
    • Kompakt erqonomik forma qulaqda daha stabil oturmanı təmin edir və IP-rating üzrə suyadavamlılıq xüsusiyyəti sayəsində idman zamanı da istifadə üçün əlverişlidir. 
    Mikrofonlar və səsli zənglərin keyfiyyəti
    Airpods pro 3 modelindəki yüksək dinamik diapazonlu səs keyfiyyəti və mikrofon sistemi zənglər zamanı sənin səsinin aydın, təhrif olmadan ötürülməsini təmin edir. Mikrofonlar səs-küy süzgəci funksiyası sayəsində arxa səs-küyü minimuma endirir.
    Səs keyfiyyəti: tezlik balansı və detallaşma
    1. Ekspertlər bildirir ki airpods pro 3 səs baxımından Apple-ın ən uğurlu yeniliklərindən biridir. Yeni avtomatik equalizer (Adaptive EQ) funksiyası səsin keyfiyyətini avtomatik olaraq mühitə uyğunlaşdırır. Bu, musiqi dinləyərkən həm bass, həm də treble tezliklərinin dəqiqliklə çatdırılmasını təmin edir.

    Məkan audiosu və dinamik baş izləmə

    Airpods pro 3 ilə siz sanki səhnənin birbaşa qulağınızın içində olduğunu hiss edirsiniz. 
    1. Spatial audio texnologiyası musiqini, filmləri və oyun səslərini üçölçülü səviyyədə təqdim edir. Dinamik baş izləmə funksiyası (Dynamic Head Tracking) isə siz başınızı hərəkət etdirdikdə səs mənbəyinin sabit qalmasını təmin edir. 
    Aktiv səsboğuculuq və "Şəffaflıq" rejimi
    Səsboğuculuq Airpods Pro 3 modelinin əsas fərqləndirici xüsusiyyətidir. Aktiv səs-küyün ləğvi funksiyası şəhər səs-küyünü, ofis səslərini və nəqliyyat gurultusunu minimuma endirir. Silikon ucluqlar səs izolyasiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

    Passiv səs izolyasiyasının səviyyəsi və "şəffaflıq" rejimi

    1. Airpods pro 3 silikon ucluqlar sayəsində passiv səs izolyasiyası yaradır. Bu korpus materialı yalnız rahatlığı deyil, həm də ANC-nin performansını artırır. 
    2. "Şəffaflıq" (Transparency mode) funksiyası isə təhlükəsizlik məqsədilə və ya qulaqlığı çıxarmadan ünsiyyət qurmaq üçün ətrafdakı səsləri təbii şəkildə mikrofonlar vasitəsilə sənə çatdırır.
    Avtonomluq və sürətli şarj
    Uzun iş günləri və səyahətlər üçün batareya davamlılığı təhlükəsizlik qədər vacibdir.

    MagSafe və simsiz doldurma

    1. AirPods Pro 3 batareyası bir yükləmə ilə 6 saatadək musiqi dinləmə müddəti təmin edir. Sürətli doldurma sayəsində cəmi 5 dəqiqəlik şarjla 1 saatdan çox musiqi dinləmək mümkündür. Maksimal işləmə müddəti isə şarj qutusu ilə birlikdə 24 saatadəkdir. Bu enerji davamlılığının ideal göstəricidir və sizə uzun səyahət və iş günlərində rahatlıqla istifadə imkanı təmin edəcək. 
    2. USB-C və ya lightning vasitəsilə doldurma imkanı var. Həmçinin bu modeldə simsiz enerji ötürməsi daha stabil işləyir.
    Apple ekosisteminə qoşulma və idarəetmə funksiyaları
    Apples airpods istifadəsinin ən böyük üstünlüyü Apple ekosisteminə Bluetooth vasitəsilə sürətli və stabil inteqrasiyadır.
    Uyğunluq Apple cihazları (iPhone, iPad, MacBook və Apple Watch) arasında ani keçidi təmin edir. Qulaqlıqlar üzərindəki sensor toxunma idarəetməsi rahatlığı artırır. Yeni iOS uyğunluq sistemi qulaqlıqları avtomatik tanıyır və sizin istifadəçi profilinə əsasən fərdi səs rejimi yaradır.

    AirPods Pro 3 qiymətləri Azərbaycanda 

    Airpods qiymetleri ümumi olaraq modelin funksiyasından asıldır. AirPods Pro 3 modelinin hazırda qiyməti 689-790 AZN arasında dəyişir. 
    Ən etibarlı satış məkanı isə - kontakt.az-dır. Burada məhsulu almaq həm rahat, həm də təhlükəsizdir. Sayt vasitəsilə onlayn sifariş vermək, mağazadan götürmək və faizsiz kreditlə almaq imkanı mövcuddur. Baku və Azerbaijan üzrə sürətli çatdırılma xidməti mövcuddur. Bütün modellər rəsmi zəmanət və orijinal Apple aksesuarları ilə təmin edilir.

    Nəticə

    AirPods Pro3 modeli səsi yalnız dinləmək deyil, hiss etmək üçün yaradılıb. Aktiv səsboğuculuq (ANC) funksiyası isə sənin ətraf mühitdən tam izolyasiya olmanı təmin edir, sanki dünya sənin etrafında dayanır.
    Başınızı hərəkət etdirdikcə səs mənbəyi səninlə qalır. AirPods Pro 3 səyahət və uzun iş günləri üçün ideal seçimdir. 
    Əgər siz airpods pro3 ilə səsin hər detalını hiss etmək istəyirsinizsə, elə indi kontakt.az saytına daxil olun və airpods pro 3 almaq fürsətini qaçırmayın. 
     
    Paylaş