
AirPods Pro 3 ürək döyüntüləri tezliyinin və bədən temperaturunun ölçülməsi imkanını əldə edə bilər
Cihazlar+
24.12.2024
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman, Apple şirkətinin hələ təqdim etmədiyi AirPods Pro 3 naqilsiz qulaqlığının imkanları barəsində maraqlı məlumatları bölüşüb. İnsayderin sözlərinə əsasən şirkət AirPods Pro 3-ə ürək döyüntüləri tezliyinin ölçülməsi imkanının əlavə edilməsi üzərində çalışır.
Məlumatda qeyd edilib ki, şirkət daxilində aparılmış testlər nəticəsində məlum olub ki, Apple Watch ürək döyüntüləri tezliyini AirPods-dan daha dəqiq ölçsə də, cihazların əldə etmiş olduqları nəticələr arasındakı fərq o qədər də böyük deyil. Bununla yanaşı insayder əlavə edib ki, yeni naqilsiz qulaqlıqlar həmçinin bədən temperaturunun ölçülməsi imkanını da əldə edə bilərlər. Lakin şirkət hal-hazırda AirPods Pro 3-ə ürək döyüntüləri tezliyinin ölçülməsi sensorunun inteqrasiyası üzərində çalışır. Nəticə etibarilə bu imkanın AirPods Pro 3-də dəqiq şəkildə reallaşdırılacağını söyləmək də çətindir.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
